...

Ötən il 6 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb

Cəmiyyət Materials 4 Fevral 2017 17:16 (UTC +04:00)
2016-cı ildə 6 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb.
Ötən il 6 qəsdən adam öldürmə cinayətinin üstü açılmayıb

Bakı. Trend:

2016-cı ildə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 6 qəsdən adam öldürmə cinayətlərinin, o cümlədən, Bakı şəhərinin Sabunçu rayonunda 2, Gəncə şəhər, Daşkəsən, Gədəbəy və Bərdə rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib.

Trend-in məlumatına görə, bu barədə bu gün Baş Prokurorluqda keçirilən Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırılmışdır ki, 2016-cı ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi təmin edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti