İndiyə qədər 5520 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub (FOTO)

İndiyə qədər 5520 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi bir qrup əliliyi olan şəxslə görüş keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha səmərəli təşkili və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı onların müraciətlərinin, rəy və təkliflərinin dinlənilməsi olub. ƏƏSMN yanında İctimai Şuranın sədri Mayis Əliyev, Şuranın sədr müavini, Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimli də görüşdə iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətində əsas istiqamətlərdən olduğunu vurğulayıb. O bildirib ki, qeyd olunan Konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin hesabatı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib. Konvensiyanın prinsipləri əsasında ölkəmizdə «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni Qanun layihəsi, həmçinin «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihəsi hazırlanıb, geniş ictimai müzakirələrlə təkmilləşdirilib.

Nazir əlilliyi olan insanların müraciətlərində ifadə olunan məsələlərə münasibət bildirərkən qeyd edib ki, bu gün Azərbaycanın sosial təminat sistemi ilə əhatə olunan əhalinin mühüm bir hissəsi, o cümlədən Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 71 faizi, əmək pensiyası alanların 29 faizi əlilliyi olan şəxslərdir. Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği iki dəfədən çox artırılıb. Eləcə də I qrup əlilliyi olan şəxslərdən aylıq sosial müavinət alanlara Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 17 mart tarixli Fərmanı ilə ayda 66 manat məbləğində Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir.

Nazir vurğulayıb ki, “Əmək pensiyaları” haqqında Qanunla I qrup əlilliyi olan şəxslərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə də ödənilir: “Həmçinin I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, ahıla (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrü qulluq edənin əmək pensiyası almaq hüququ verən sığorta stajına daxil edilir. Hazırda I qrup əlilliyi olan şəxslərə qulluq edən şəxslərin pensiyasına bu məqsədlə əlavələr edilməsi üçün il ərzində 6,1 milyon manat ayrılır.

Respublika üzrə bütün növ əlilliyi olan şəxslər haqqında vahid məlumat bazasının yaradılması məsələsi ilə əlaqədar nazir diqqətə çatdırıb ki, ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemində (TSERAS) əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu qiymətləndirilmiş bütün şəxslər barədə əhatəli məlumatlar yerləşdirilir: “Eyni zamanda vətəndaşlar “Elektron hökumət” portalında şəxsi kabinet yaratmaqla nazirliyin təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti vasitəsilə TSERAS-da özlərinə dair uçotu aparılan məlumatları elektron arayış formasında əldə etmək imkanlarına malikdirlər. Həmçinin nazirliyin “Çağrı mərkəzi”nə zəng etməklə əlilliyin sonuncu qiymətləndirməsinin nəticəsinə dair interaktiv rejimdə məlumat ala bilirlər. Eyni zamanda, sistemdəki məlumatlar əsasında 3 ay ərzində bütün növ əlilliyi olan şəxslərlə bağlı vahid reyestin yaradılması təmin ediləcək”.

S.Müslümov diqqətə çatdırıb ki, nazirlik tərəfindən indiyədək 5520 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub, onlardan 4,1 min nəfərdən çoxu müharibə əlilləri və gözdən əlillərdir: “Ümumi səbəbdən əlilliyi olan şəxslərin, ilk növbədə kimsəsiz I və II qrup əlilliyi olan şəxslərin mənzil təminatı məsələlərinin həlli üçün hansı istiqamətdə işlərin görülməsi ilə bağlı müzakirələr də aparılır”. Nazir bildirib ki, Vergi Məcəlləsində I və II qrup əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün bir sıra güzəştlər nəzərdə tutulub: “Bu güzəştlərdən biri kimi, həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan orta aylıq gəliri 200 manat məbləğində azaldılır. Bu məbləğin artırılması barədə əlilliyi olan şəxslərin bir qrupunun müraciətində yer almış təkliflər də ciddi dəyərləndirilməlidir.

Nazir vurğulayıb ki, əlilliyi olan insanların müraciətlərində I qrup əlilliyi olan şəxslər və xüsusilə əlil arabası istifadəçiləri üçün ayrılmış kvota üzrə iş yerlərində onlar üçün lazımi şəraitin yaradılması məsələsi də yer tutur: “Əlilliyi olan insanların sosial infarstruktur obyektlərində sərbəst hərəkəti üçün lazımi şəraitin yaradılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Nəqliyyat Nazirliyinə müraciətlər göndərilib. Qeyd olunan məsələ Şəhərsalma və Tikinti Məcəlləsində də əksini tapıb. Eləcə də Nazirlər Kabinetinin 27 sentyabr 1999-cu il tarixli Sərəncamına əsasən, respublika ərazisində yaşayış məskənlərinin yenidən qurulması və yenilərinin layihələndirilməsi, planlaşdırılması, tikintisi və abadlaşdırılması üzrə əsas tələb və qaydaları tənzimləyən normalarda əlilliyi olan insanlar üçün əlverişli şəraitin yaradılması da nəzərdə tutulub. Hazırda bu sahədə beynəlxalq norma və standartlar əsasında yeni qaydaların layihəsi hazırlanır”.

S.Müslümov qeyd edib ki, hazırda dövlət qurumlarında, o cümlədən ƏƏSMN sistemində çalışan insanlar arasında əlilliyi olan şəxslər də vardır: “Müraciətlərə uyğun olaraq, mümkün qədər çox əlil arabası istifadəçilərinin işə qəbulunun həyata keçirilməsi, həmçinin qanunvericilikdə dövlət qulluğuna qəbulla bağlı əlilliyi olan şəxslər üçün müəyyən güzəştlərin (qanunvericilikdə mövcud olan kvota sisteminin reallaşdırılması məqsədilə) nəzərdə tutulması məsələsi də əlilliyi olan şəxslərin qaldırdığı problemlər sırasındadır.

Nazir təkcə 2016-cı il ərzində nazirliyin bərpa-müalicə müəssisələrində 23,3 min nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, əlilliyi olan şəxslərə 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verildiyini qeyd edib: “Bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında Respublika Əlillərin Bərpa Mərkəzi, 2016-cı ilin dekabr ayında Uşaq Bərpa Mərkəzi istifadəyə verilib. Həmin mərkəzlərdə yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcək”.

Görüşdə həmçinin əlilliyi olan şəxslərin müraciətlərində qaldırılan digər məsələlər müzakirə olunub, əlilliyi olan şəxslər tərəfindən verilən təkliflər əsasında onların sosial müdafiəsinin daha səmərəli təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi yönündə qarşıdakı dövrdə müvafiq işin aparılacağı vurğulanıb.

Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
Kapital Bank bayram günləri xidmət göstərəcək
Loading Bars
Xəbər lenti
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
Bütün xəbərlər