...

UNEC Dünya Bankının nəşrlərinə çıxış imkanı əldə edəcək (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2017 14:47 (UTC +04:00)
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə təhsil məsələləri meneceri Christian Aedo və təhsil məsələləri üzrə baş mütəxəssisi Jason Allen Wiever UNEC-də olub.
UNEC Dünya Bankının nəşrlərinə çıxış imkanı əldə edəcək  (FOTO)

Bakı. Trend:

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə təhsil məsələləri meneceri Christian Aedo və təhsil məsələləri üzrə baş mütəxəssisi Jason Allen Wiever UNEC-də olub.

Bu barədə Trend-ə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə qonaqlara İqtisad Universiteti barədə ətraflı məlumat verilib. Rektor dünya səviyyəli universitetlər sırasında qərarlaşmağı hədəfləyən UNEC-in beynəlxalq əlaqələrinə xüsusi diqqət çəkib. London Universiteti (University of London) / London İqtisadiyyat Məktəbinin (London School of Economics) bakalavr diplomunun UNEC-də əldə etmək imkanları və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramından söz açıb. Beynəlxalq İqtisadiyyat Məktəbi və UNEC Biznes Məktəbinin fəaliyyətini vurğulayıb.

Dünya Bankının nümayəndələri bildiriblər ki, səfərlərinin məqsədi Azərbaycanın ali təhsil sistemindəki prioritetləri öyrənməkdir. UNEC-də həyata keçirilən layihələri yüksək qiymətləndirən qonaqlar Elektron Universitet Modeli ilə Differensial əməkhaqqı sistemini dünya təhsil məkanına inteqrasiyada müsbət addım adlandırıblar. Xarici universitetlərdən məzun olan gənc mütəxəssislərin UNEC-ə cəlb edilməsini təqdirəlayiq hesab ediblər.

Görüşdə Dünya Bankının UNEC-in inkişaf strategiyasına dəstəyi müzakirə edilib. UNEC-in Dünya Bankının təhsilyönümlü nəşrlərinə çıxış əldə etmək imkanı, eyni zamanda beynəlxalq təhsil və tədqiqat layihələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti