...

Sumqayıt sakini qonağını balta ilə öldürdü

Cəmiyyət Materials 9 Fevral 2017 09:57 (UTC +04:00)
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Sumqayıt sakini qonağını balta ilə öldürdü

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində, 502 saylı evdə baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti