...

Bu ali təhsil müəssisəsi yeni ixtisaslar üzrə magistr qəbulu aparacaq

Cəmiyyət Materials 10 Fevral 2017 15:49 (UTC +04:00)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisaslar üzrə magistr dərəcələri tədris olunacaq.
Bu ali təhsil müəssisəsi yeni ixtisaslar üzrə magistr qəbulu aparacaq

Bakı. Trend:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni ixtisaslar üzrə magistr dərəcələri tədris olunacaq.

Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, akademiya hazırda Avropanın bir sıra qabaqcıl universitetləri əməkdaşlıq çərçivəsində “İdman menecmenti,” “İdman jurnalistikası” və "İdman tibbi və Reabilitasiya”ixtisasları üzrə magistr proqramları üzərində çalışır. Yaxın müddətdə 2017-2018-ci tədris illəri üçün həmin magistr proqramlarına qəbulla bağlı şərtlər açıqlanacaq.

Bir müddət öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklərə imza ataraq, idman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün peşəkar təlim və inkişaf proqramlarına start verib.

“İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda “Beynəlxalq Fitnes Təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə beynəlxalq sertifikat proqramları təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) sayı artırılıb.

Dəyişiklikliklərə əsasən, Nazirlər Kabineti bununla bağlı "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ında dəyişiklik edib. Dəyişikliyə əsasən Humanitar və sosial ixtisaslar qrupu üzrə jurnalistikada "idman jurnalistikası”, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə bədən tərbiyəsi və idmanda "idman tibbi və reabilitasiya” ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sırasına daxil edilib. Eyni zamanda bədən tərbiyəsi və idmanda "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” ixtisasının isə adı dəyişdirilib, "bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” ixtisası adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti