...

Fevralın 14-dən hava sabitləşəcək

Cəmiyyət Materials 13 Fevral 2017 13:26 (UTC +04:00)
Son 4 gün ərzində müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Fevralın 14-dən hava sabitləşəcək

Bakı. Trend:

Son 4 gün ərzində müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir sulu qar, qar yağıb.

Son 4 gün ərzində (10, 11, 12, 13 fevral) ölkə ərazisindən soyuq atmosfer cəbhələrinin keçməsi nəticəsində havanın temperaturu fevral ayının iqlim normasından 2.7-3 dərəcə aşağı olub. Bununla yanaşı, respublikanın əksər rayonlarında, o cümlədən, Abşeron yarımadasının bəzi ərazilərində müxtəlif intensivliklə arabir qar yağıb.

Böyük Qafqazda, Naxçıvan MR-da və Lənkəran-Astara zonasında intensiv qar müşahidə olunub, rayonlardan fərqli olaraq isə Abşeron yarımadası və Bakı şəhərinin bəzi ərazilərində fasilələrlə zəif qar yağması müşahidə edilsə də, qar örtüyü əmələ gəlməyib. Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən, son 4 gün ərzində düşən yağıntının ümumi miqdarı Qumyataqda 8, Bakıda 3, Zabrat və Maştağada 1 mm təşkil edib.

Qar yağması ilə bağlı verilən proqnoz fevralın 13-də də faktiki olaraq özünü doğruldur. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşam 1 dərəcə şaxta təşkil edəcək. Hidrometeorologiya sahəsində dünya təcrübəsində qəbul olunmuş təlimatlara əsasən ölkə ərazisi, o cümlədən, Bakı və Abşeron yarımadası üzrə son 4 gün ərzində tərtib olunan proqnozların özünü tam doğrultması müşahidə olunub.

Fevralın 14-ü gündüz ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti