...

Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 88 sm olub

Cəmiyyət Materials 14 Fevral 2017 10:34 (UTC +04:00)
Fevralın 13-ü gündüzdən 14-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 88 sm olub

Bakı. Trend:

Fevralın 13-ü gündüzdən 14-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-ü gündüzdən 14-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir sulu qar, qar yağıb, Lənkərana-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-9, Böyük Qafqazda 2-10, Naxçıvan MR-da 4-6, Lənkəran-Astara zonasında 3-29, Mərkəzi-Aran rayonlarında 3-12, Qazax-Gəncə zonasında 3-10 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Qumyataqda 4, Bakı, Maştağada 3, Sumqayıt, Ələtdə 2, Binə, Zabratda 1, Lənkəran-Astara zonasında: Rvarudda 88, Lerikdə 70, Yardımlıda 39, Göytəpədə 32, Lənkəran, Kəlvəzdə 25, Biləsuvarda 20, Astarada 14, Kiçik Qafqazda: Daşkəsəndə 15, Göygöldə 11, Gədəbəydə 9, Böyük Qafqazda: Sarıbaşda 49, Altıağacda 18, Qırızda 17, Qubada 15, Şamaxıda 12, Mərəzə, Qusar, Kişçayda 9, Şəki, Qəbələdə 8, Oğuz, Zaqatala, İsmayıllıda 4, Şabran, Şirvanda 3, Balakəndə 1, Qazax-Gəncə zonasında: Şəmkirdə 7, Gəncə Aviada 5, Gəncə, Tovuzda 4, Naftalan, Ağstafada 3, Naxçıvan MR-da: Ağdərədə 45, Şahbuzda 28, Şərurda 27, Naxçıvanda 26, Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 20, Qazıməmməddə 7, Tərtərdə 6, Beyləqanda 5, Mingəçevir, Salyanda 2, Bərdə, İmişli, Sabirabad, Cəfərxanda 1 sm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti