...

Dövlət qulluğuna yeni qəbul qaydaları hazırlanıb

Cəmiyyət Materials 14 Fevral 2017 12:34 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbulla bağlı yeni qaydaları hazırlayaraq Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim edib.
Dövlət qulluğuna yeni qəbul qaydaları hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbulla bağlı yeni qaydaları hazırlayaraq Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, qaydalar təsdiq olunandan sonra dövlət qulluğuna qəbul imtahanları keçiriləcək: "İctimaiyyət üçün iki cədvəl açıqlanacaq. Onların birində bütün qəbul imtahanları, digərində isə dövlət qulluğu imtahanlarının tarixləri əks olunacaq".

M.Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul prosedurlarının çevik olması, onun müasir əmək bazarının tələblərinə cavab verməsi və bu prosesin uğurla davam etməsi vacib məsələdir: "Dövlət qulluğuna qəbulla bağlı qaydalar hələlik təsdiq olunmayıb. Biz özümüzdən asılı olan addımları atmışıq. Qaydalar təsdiq olunandan sonra dövlət qulluğuna qəbul imtahanları keçiriləcək".

M.Abbaszadə İslam Həmrəyliyi Oyunlarının qəbul imtahanlarının keçirilməsi tarixinin müəyyənləşdirilməsi zamanı nəzərə alınıb-alınmayacağı məsələsinə də münasibət bildirib: "Bütün imtahanların tarixləri müəyyənləşdirilərkən ölkədə keçirilən beynəlxalq tədbirlər nəzərə alınır. Çalışırıq ki, Bakıda keçiriləcək beynəlxalq tədbir günlərində imtahanlar olmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti