...

Azərbaycanın bu mobil operatorundan tariflə bağlı YENİ XƏBƏR

Cəmiyyət Materials 20 Fevral 2017 08:08 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

2017-ci il martın 18-dən "Azercell Telekom" MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən "Postpaid" və "Prepaid" abunəçiləri üçün vahid tarif tətbiq edəcək.

Trend-in məlumatına görə, vahid tariflər ABŞ, Yeni Zelandiya, Kanada və Avstraliya operatorlarının şəbəkələrində qüvvədə olacaq.

İstiqamətindən asılı olmayaraq daxil olan zənglərin 0,32 manat, edilən zənglərin qiyməti isə 2 manat olacaq. İnternet-trafikin bir meqabaytı 4 manat, istiqamətindən asılı olmayaraq bir SMS-in qiyməti 0,20 manat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti