...

Mixail Malkin: "Şadam ki, Azərbaycana medal qazandırdım"

Cəmiyyət Materials 19 Fevral 2017 14:39 (UTC +04:00)
"Çox şadam ki, Dünya Kubokunda ilk çıxışım uğurlu oldu"
Mixail Malkin: "Şadam ki, Azərbaycana medal qazandırdım"

Bakı. Ənvər Məmmədov - Trend:

"Çox şadam ki, Dünya Kubokunda ilk çıxışım uğurlu oldu". Bunu Trend-ə Bakıda keçirilən tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanan Azərbaycan gimnastı Mixail Malkin deyib.

O qeyd edib: "Bu, Dünya Kubokunda ilk çıxışım idi. Daha yaxşı çıxış etmək istərdim, lakin bir qədər həyəcan mane oldu. Hər halda şadam ki, bu yarışda ilk çıxışım ölkəmə medal gətirdi".

Gimnast azarkeşlərə minnətdarlığını bildirib: "Bizi gəlib dəstəkləyən hər kəsə olduqca minnətdaram. Onlar mənə özümü toparlamağa və uğurlu çıxış etməyimə kömək etdilər".

Bakıda tamblinq üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Bakıda tamblinq üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

M.Malkin Dünya Kubokundan sonra bu turnirin növbəti mərhələsinə hazırlaşacaq:

"Dünya Kubokunun növbəti mərhələsinə hazırlaşmağa davam edəcəyəm, lakin əsas məqsəd noyabrda Bolqarıstanda keçiriləcək dünya çempionatıdır".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kubokunun finalları keçirilir. Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti