...

"Xəzər Dəniz Gəmiçiliyi"nin təlim iştirakçılarına sertifikat təqdim edilib

Cəmiyyət Materials 24 Fevral 2017 16:50 (UTC +04:00)
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qurumun Təlim-Tədris Mərkəzində olub.
"Xəzər Dəniz Gəmiçiliyi"nin təlim iştirakçılarına sertifikat təqdim edilib

Bakı. Trend:

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qurumun Təlim-Tədris Mərkəzində olub.

Qurumdan Trend-ə verilən məlumata görə, gəmiçiliyin rəhbəri Təlim-Tədris Mərkəzində üzən heyət üçün keçirilən təlimlərlə maraqlanıb, dərs prosesini yaxından izləyib.

Kurslarda dənizçilərin peşə vərdişləri təkmilləşdirilir, onlara dənizdə yarana biləcək istənilən çətin vəziyyətə həmişə hazır olmağa dair biliklər aşılanır. R.Vəliyev təlim iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün hər bir dənizçinin gəmilərdə tətbiq olunan yeni texnologiyalardan xəbərdar olması və onlardan istifadə etmə bacarığı çox vacibdir.

Beynəlxalq konvensiyaların tələblərinə uyğun keçirilən təlimlərin sonunda imtahanı uğurla verən iştirakçılara sertifikatlar təqdim olunur. Kurs iştirakçıları Gəmiçiliyin rəhbərinə imtahanların şəffaf keçirildiyini bildiriblər. R.Vəliyev ölkəmizdə yalnız Gəmiçiliyin Təlim-Tədris Mərkəzinin malik olduğu gəmilərin mövqedə saxlanması trenajoruna da baxış keçirib.

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Burda Gəmiçiliyin əməkdaşları ilə yanaşı, digər şirkətlərin nümayəndələri üçün də dənizçiliklə bağlı müxtəlif təyinatlı təlimlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti