...

Xorvatiyada Novruz bayramı ilə bağlı sərgi açılıb

Cəmiyyət Materials 17 Mart 2017 21:04 (UTC +04:00)
Leyla Xasiyevanın Novruz bayramına həsr olunmuş “Odlar yurdundan rənglər” adlı əl işlərindən ibarət fərdi sərgisinin açılışı baş tutub.
Xorvatiyada Novruz bayramı ilə bağlı sərgi açılıb

Bakı. Trend:

Zaqreb şəhər Məclisinin sərgi zalında Azərbaycanın kviltinq üzrə sənətkarı Leyla Xasiyevanın Novruz bayramına həsr olunmuş “Odlar yurdundan rənglər” adlı əl işlərindən ibarət fərdi sərgisinin açılışı baş tutub.

Zaqreb şəhər Məclisinin mədəniyyət şöbəsinin, Azərbaycanın Xorvatiyadakı səfirliyinin və Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil olunmuş sərgini qeyd olunan cəmiyyətin sədri, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç açıb.

Öz çıxışında Azərbaycan və Xorvatiya arasında mövcud olan yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətlərindən söz açan S.Mesiç, iki ölkə arasında mədəni və humanitar sahələrdə sonrakı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Keçmiş prezident ölkəmizə baş tutmuş səfərləri zamanı şahidi olduğu Azərbaycanın mədəniyyət, musiqi və incəsənət sahələrində yüksək inkişaf səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Daha sonra çıxış edən Leyla Xasiyeva onun üçün həmişə yaradıcı ilham mənbəyi olmuş zəngin çoxəsrlik ənənələri olan Azərbaycan tətbiqi sənətinin xalçaçılıq və tikmə üsulu “qurama” kimi növlərini xüsusi olaraq vurğulayıb. Əl işlərinin müəllifi öz çıxışında onu da qeyd edib ki, Azərbaycan tətbiqi sənətini incəsənətin tikmə üsulunun yeni istiqaməti olan kviltinqə yaxınlaşdıran üçölçülü hiss yaradan rənglərin və həndəsi formaların ahəngdar birləşməsidir.

Çoxsaylı qonaqların böyük marağına səbəb olmuş sərginin açılışında Xorvatiya dövlət qurumlarının və ictimaiyyətinin nümayəndələri, həmçinin Zaqrebdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Xorvatiyanın ən məşhur nəşrlərindən biri olan “Gloria” jurnalında müəllifin Bratislava və Vyana şəhərlərində təşkil edilmiş analoji sərgilərindən sonra Zaqreb şəhərində açılışı baş tutmuş fərdi sərgisindən bəhs edən və Leyla Xasiyevanın əl işlərinə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti