...

Bakıda "Kibercinayətkarlıqla mübarizə" seminarı keçirilir

Cəmiyyət Materials 5 Aprel 2017 12:47 (UTC +04:00)
Bakıda "Kibercinayətkarlıqla mübarizə" mövzusunda seminar keçirilir.
Bakıda "Kibercinayətkarlıqla mübarizə" seminarı keçirilir

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində "Polis Əməkdaşlığı Proqramı" üzrə "Kibercinayətkarlıqla mübarizə" mövzusunda seminar keçirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 3-dən 7-dək keçirilən tədbirdə Almaniya Federal Kriminal Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin mütəxəssisləri iştirak edirlər.

Ekspertlər tərəfindən respublika Daxili İşlər Nazirliyinin aidiyyatı xidmətlərinin seminara cəlb olunmuş bir qrup əməkdaşına kibercinayətkarlıqla mübarizə mövzunda mühazirələrin oxunması, bu sahədə alman həmkarlarımızın qazandığı müsbət təcrübənin öyrənilməsinə, həmçinin xidməti fəaliyyətdə tətbiqinə, digər aktual məsələlərə dair müzakirələrin və ətraflı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti