Bakı. Trend:
Bakının Xəzər rayonunda iki küçədə hərəkət məhdudlaşdırılır.
"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Dövlət Elektirik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçuk küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.
Məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə iki gün ərzində tətbiq ediləcək.