...

Azərbaycan Dövlət Dəniz Akademiyasını əla qiymətlərlə bitirən tələbələr iş axtarmayacaqlar (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2017 17:38 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Azərbaycan Dövlət Dəniz Akademiyasının dördüncü kursunda oxuyan əlaçı tələbələrlə görüş keçirilib.
Azərbaycan Dövlət Dəniz Akademiyasını əla qiymətlərlə bitirən tələbələr iş axtarmayacaqlar (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Azərbaycan Dövlət Dəniz Akademiyasının dördüncü kursunda oxuyan əlaçı tələbələrlə görüş keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, gəmiçiliyin rəhbəri Rauf Vəliyev məzun olmağa hazırlaşan gəncləri təhsildə qazandıqları uğurlara görə təbrik edib.

Savadlı və peşəkar gəncələrə Gəmiçilikdə hər zaman ehtiyac olduğunu vurğulayan R.Vəliyev rəhbərlik etdiyi qurumda əməkdaşların beynəlxalq standartlara cavab verən bilik və bacarıqlara yiyələnmələri üçün bir çox layihələrin həyata keçirildiyini bildirib. Hər il iki gəncin dünyanın nüfuzlu dənizçilik təhsil ocaqlarında Gəmiçiliyin vəsaiti hesabına oxuduqlarını diqqətə çatdıran sədr görüşdə iştitak edən əlaçı tələbələri də sevindirib. Belə ki, buraxılış imtahanlarından və müsahibələrdən uğurla keçən məzunlara Gəmiçilikdə çalışmaları üçün zəmanət məktubları veriləcək.

Görüşdə iştirak edən tanınmış kapitan Giannakakis Titos bildirib ki, bu gün dənizçilik dünyanın hər yerində vacib peşələrdən sayılır. Buna görə, təhsildə fərqlənən gənclər praktik bacarıqlara da mükəmməl yiyələnməlidirlər. Gəmiçiliyin rəhbərliyinin gənclərə dəstək olmasını təqdirəlayiq hal hesab edən Titos gələcəyin dənizçilərini onlar üçün yaradılmış bu imkanlardan lazımınca faydalanmağa çağırıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova Akademiyada əlaçı tələbələrin sayının artmasını yüksək qiymətləndirib. Gəmiçilikdə peşəkar və savadlı kapitan, kapitan köməkçiləri və mexaniklərə ehtiyac olduğuna toxunan Sevda Məmmədova Akademiyanın tələbələrinin peşəkarlığının artırılması məqsədi ilə onların Gəmiçiliyin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradıldığını qeyd edib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Gəmiçiliyin rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildidirblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti