...

YAP Nizami rayon təşkilatı Qadınları Şurası akademik Zərifə Əliyevanın xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2017 20:57 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Qadınları Şurasının İdarə Heyəti və üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər.
YAP Nizami rayon təşkilatı Qadınları Şurası akademik Zərifə Əliyevanın xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Qadınları Şurasının İdarə Heyəti və üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər.

Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarının üzərinə tər çiçəklər qoyublar və qeyd ediblər ki, tanınmış oftalmoloq Zərifə Əliyevanın unudulmaz xatirəsi daim əziz tutulur.

YAP Nizami rayon təşkilatı Qadınları Şurasının sədri Sevda Abdullayeva XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə Əliyevanın öz vəzifəsini şərəflə yerinə yetirən ana olduğunu bildirərək, ölkəmizə müstəqil Azərbaycanın tərəqqi zirvələrini fəth etməsində qazandığı uğurların təminatçısı olan Prezident İlham Əliyev kimi lider bəxş etdiyindən danışıb.

Eyni zamanda, Zərifə Əliyevanın müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr edən dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğundan danışılıb. Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyi vurğulanıb.

YAP Nizami rayon təşkilatı Qadınları Şurasının digər üzvləri də akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Xəbər lenti

Xəbər lenti