...

Cüdoçu: Xalq bizdən qələbə gözləyir

Cəmiyyət Materials 14 May 2017 14:02 (UTC +04:00)
Finalda E.Məmmədovun rəqibi digər cüdoçumuz Elmar Qasımov olacaq.
Cüdoçu: Xalq bizdən qələbə gözləyir

Bakı. Elçin Mehdiyev - Trend:

“IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bizi çox sevindirir, eyni zamanda məsuliyyətimizi xeyli artırır”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə İslamiada çərçivəsində keçirilən cüdo yarışlarında finala vəsiqə qazanmış cüdoçumuz Elxan Məmmədov deyib.

O, rəqiblərinin güclü olduğunu diqqətə çatdırıb: “Mübarizə çətin keçdi. Yarışlar Azərbaycanda keçirildiyi üçün məsuliyyətimiz daha da artır. Xalq bizdən qələbə gözləyir, ona görə fəndlərə girməyə risk etmirsən ki, hər an nəsə baş verə bilər. Amma şükürlər olsun ki, hər şey yaxşı keçdi, finala çıxmağı bacardım”.

Finalda E.Məmmədovun rəqibi digər cüdoçumuz Elmar Qasımov olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti