Bakı. Maksim Tsurkov - Trend:
Türkiyənin “Onur Air” loukoster aviaşirkəti Trabzon-Bakı marşrutu ilə birbaşa reysləri işə salır.
Trend-in şirkətə istinadən verdiyi məlumata görə, Bakıdan Trabzona ilk uçuş iyunun 17-si baş tutacaq.
Hər iki istiqamət üzrə biletlərin dəyəri 99 avrodan başlayacaq. Uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.
Qeyd edək ki, daha əvvəl “Onur Air” İstanbul-Gəncə marşrutu ilə uçuşlar həyata keçirirdi.