...

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin sammiti keçiriləcək

Cəmiyyət Materials 1 İyun 2017 18:05 (UTC +04:00)
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin sammiti keçiriləcək.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya xəbər agentliklərinin sammiti keçiriləcək

Bakı. Trend:

İyunun 1-də Rusiyanın Sankt-Peterburq şəhərində XXI Beynəlxalq İqtisadi Forum işə başlayıb.

Foruma 133 ölkədən 12 min iştirakçı qatılıb. Tədbirdə 39 ölkənin nazirləri, 1000-ə yaxın şirkət təmsil olunur. Forumda əsasən qlobal iqtisadi vəziyyət, texnoloji yeniliklər, insan kapitalı, energetika məsələləri müzakirə olunur.

Forum çərçivəsində Rusiyanın TASS agentliyi tərəfindən təşkil olunan “Yalan, ya doğru informasiya: müasir informasiya dünyasına çağırış” mövzusunda dünyanın aparıcı xəbər agentlikləri rəhbərlərinin sammiti keçiriləcək. İyunun 2-də işə başlayacaq Sammitdə Associated Press, Reuters, Press Association, Anadolu, Bloomberg, ANSA, DPA, Sinxua, İRNA, Kyodo, Yonhap, Frans-Press və digər agentliklərin rəhbərləri və nümayəndələri müzakirələr aparacaqlar. Azərbaycanı bu Sammitdə AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov təmsil edəcək.

İştirakçı agentliklərin rəhbərləri və nümayəndələri əsas diqqəti müasir texnologiyaların inkişafı fonunda “feyk” xəbərlərin yayılmasının jurnalistika üçün ciddi problemlər yaratmasına, ondan qorunmaq yollarının axtarışına yönəldəcəklər. Sammitə TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbone moderatorluq edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti