...

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Cəmiyyət Materials 2 İyun 2017 18:01
zərbaycanda bu ilin sonuna qədər “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər.
Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda bu ilin sonuna qədər “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər.

Bunu Trend-ə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib.

Layihənin hazırlanması istiqamətində işlər aparıldığını deyən İ.Həbibbəylinin sözlərinə görə, bununla bağlı artıq bir çox ölkələrin təcrübəsi də öyrənilib:

“Biz həm də peşə təhsili sahəsi üzrə ölkənin reallıqlarını öyrənmişik. Bu ilin sonuna qədər “Peşə təhsili haqqında” qanunu qəbul etməklə bu sahənin inkişafına təkan verə biləcəyik”.

İ.Həbibbəyli onu da əlavə edib ki, azərbaycançılıq ideyasını uşaqlara yuxarı siniflərdə olarkən aşılamaq lazım deyil:

"Azərbaycançılığlı, vətənpərvərliyi uşaqlara kiçik yaşlardan başlayaraq öyrətmək lazımdır. Ona görə də qanunlarımızın hamısında azərbaycançılığa aid müddəaların özünə yer tapması günün zəruri mesajıdır. Bu məsələni gələcək fəaliyyətimizdə nəzərə alacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti