Azərbaycan və Əfqanıstan əmək və sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Əfqanıstan əmək və sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Azərbaycan və Əfqanıstan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir. Səfər çərçivəsində S.Müslümov Əfqanıstanın əmək və sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb.

S.Müslümov bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövrdə bütün sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində böyük inkişaf yolu keçib. Bu sahə üzrə dünyanın sivil yanaşmaları əsasında hüquqi normativ baza, sosial cəhətdən həssas qruplar üçün etibarlı və dayanıqlı sosial müdafiə sistemi, qabaqcıl texnologiyalar üzərində fəaliyyət mexanizmləri yaradılıb.

Nazir son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı üçün müaricət və təyinat üzrə elektron sistem, həmçinin əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem barədə F.Z.İbrahimiyə məlumat verib.

“Əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək bazarına birbaşa, obyektiv və çevik nəzarət mexanizminin formalaşdırılması kimi hər bir ölkə üçün aktual olan məsələnin həllinə, əmək münasibətlərin real və dəqiq mənzərəsini istənilən vaxt müşahidə etməyə imkan verir. Digər elektron sistemlərimiz kimi, bu sistem də beynəlxalq səviyyədə dəfələrlə yüksək dəyərləndirilib. Bir qədər əvvəl isə Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən müsabiqəyə təqdim olunmuş 345 elektron layihə sırasından əmək müqavilələrinin elektron qeydiyyatı sistemi müvafiq nominasiya üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında daxil edilib” - deyə S.Müslümov əlavə edib.

Azərbaycanda icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edən nazir özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb. O bildirib ki, dövlət tərəfindən verilmiş aktivlər hesabına işsiz və işaxtaran şəxslər biznes-planlarını uğurla reallaşdırır və ailə əməyinə əsaslanan təsərrüfatlarını qururlar. Eyni zamanda, müsbət nəticələrdən biri kimi, BƏT-in dəstəyi ilə özünüməşğulluq proqramı üzrə Azərbaycanda beynəlxalq sertifikatlı təlimçilər qrupu da formalaşıb.

Müzakirələr zamanı S.Müslümov Əfqanıstanla əmək və sosial müdafiə sahəsində əlaqələrin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq Əmək Mərkəzinin fəaliyyətə başlamasından sonra daha da güclənəcəyini vurğulayıb: “Mərkəz BƏT-in mühüm prinsiplərinə uyğun olaraq, insan resurslarının inkişaf etdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi üzrə fəaliyyətin təşkili və s. sahələrdə ölkələrimizin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığına əlverişli şərait yaradacaq”.

Öz növbəsində F.Z.İbrahimi ölkəsinin sürətlə inkişaf edən Azərbaycanla bütün sahələr üzrə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. O diqqətə çatdırıb ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində fəaliyyətin müasir tələblərə uyğun qurulması, aktiv əmək bazarı proqramlarının hazırlanması Əfqanıstan üçün də vacib məsələlərdən biridir. Həmin sahələrdə Azərbaycanın iş təcrübələrini öyrənməkdə, ölkəmizlə bu sahələrdə geniş təcrübə mübadilələri aparmaqda maraqlı olduqlarını bildirən F.Z.İbrahimi İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Görüşdə iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının tənzimlənməsi, özünüməşğulluğun təmin olunması və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1477 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bolqarıstan nümayəndə heyəti Ağdama səfər edəcək
Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!
ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO)
Bakıda qadının küçədə öldürülməsi faktı ilə bağlı istintaq yekunlaşıb
Qubadlı şəhərinin Baş planının hazırlanması üçün vəsait ayrıldı
Azercell-dən yeni Wi-Fi kampaniyası!
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib
Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
Prezident İlham Əliyev: Qubadlıdan sonra biz zəfər yürüşümüzü şərəflə davam etdirdik və Şuşada dövlət bayrağımızı ucaltdıq
Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb (FOTO)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq göndərilib
Prezident İlham Əliyev: Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq
Prezident İlham Əliyev: Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub
"Gilavar" restoranının rəhbərliyi məsuliyyətə cəlb edildi
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları”nda birinci yer tutub (VİDEO)
Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib (VİDEO)
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur - Agentlik
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb
Sudanda fövqəladə vəziyyət elan edilib
İranda daha 140 nəfər koronavirusdan ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah Azərbaycan hərbçilərini qorusun! (FOTO)
11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)
BMT nümayəndəsi Qarabağda minaların yaratdığı təhlükə barədə məlumatlandırılıb
Hamilələrin koronavirusa yoluxma təhlükəsi artır - Həkim
Yasamalda son 10 gündə 15 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Yaxın vaxtlarda regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərəcək - Nazir (FOTO)
Tovuz parkında ziyanvericilər aşkarlanıb (FOTO)
"MilliÖn"dən ödəniş problemi ilə bağlı açıqlama
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar (FOTO)
5-ci "DokuBaku" Beynəlxalq sənədli film festivalı keçiriləcək
“VTB Bank (Azerbaijan)” 9 ayda aktivlərini 10 faiz, xalis mənfəətini 52 faiz artırıb
“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)
Kamal Namazovun döyülərək öldürülməsi yalandır - İdmançının həyat yoldaşı (FOTO)
COVID pasportu olmayanlar rayonlara avtobus biletini necə ala bilərlər?
Ombudsman Bolqarıstandan olan nümayəndə heyətinə Ermənistanın cinayətləri barədə məlumat verib
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Azərbaycandan Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata layiq görülüb
Rusiyada koronavirusa gündəlik yoluxmada ən yüksək göstərici qeydə alınıb
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Səhiyyə Nazirliyi hamilə qadınların vaksinasiyası məsələsinə aydınlıq gətirdi
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır
Türkiyə Zəngilana aqropark üçün avadanlıq göndərir
İşçilərin intizam məsuliyyətinə cəlb olunmasının əsasları (VİDEOÇARX)
Pambıq sexində iş qəzasına səbəb olan direktor və digər şəxslərin məhkəməsi başlayır
Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Milli Məclisdə yüksək bal toplamış tələbələrlə görüş olub (FOTO)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub (FOTO)
Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
Yarmarkada ən çox satılan Kəlbəcər balı olub
Masallıda qanunsuz meşə materialı aşkar olunub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan foto paylaşıb (FOTO)
TAP konsorsiumunun hidrogen nəqlinə başlayacağı vaxt məlum olub
İlin sonunadək Azərbaycandan Avropaya nəql olunacaq qazın həcmi açıqlanıb
AMEA-nın müxbir üzvü vəfat edib
Bakıda prospektdə qumbara tapılıb (FOTO)
Bakıda tuneldə qəza olub, sıxlıq var (FOTO)
Əfsanəvi Feniks quşu Qarabağ Dirçəliş Fondunun loqosunda (FOTO/VİDEO)
Yalnız ÄSTHETIK LAB-da siz innovativ Callegari Soft FX cihazında kompleks dəri diaqnostikasından keçə bilərsiniz
Moskvada Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı dəyirmi masa keçirilib (FOTO)
Həftəsonu 1000-dən çox şəxs toya buraxılmayıb, 65 nəfər cərimələnib (VİDEO)
Azərbaycanda əlverişli investisiya mühiti güclü iqtisadiyyat üçün şərait yaradır - Beynəlxalq Maliyyə Korporasiyası
Bakı Slavyan Universitetinin sabiq şöbə müdirinin məhkəməsi keçirilib
Bank Respublika “NeoKartla qazan!” tirajlı lotereyaya start verir!
ABŞ senatoru Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Bəyannamə imzalayıb (FOTO)
Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır
Sudanda hərbi çevriliş olub, baş nazir həbs edilib
Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert
Son 9 ayda 14 mindən çox şəxsə elektron qaydada təqaüd təyin olunub
Azərbaycana gələn turistlərin sayı artıb
Qubadlıda radio və televiziya yayımı təmin olundu (FOTO)
Azərbaycan elminə ağır itki üz verib
Şəhid Ağa Əmi Heybətovun anım günü keçirilib
BANM-in tələbəsi: Qubadlının azad olunması məni Prezident təqaüdçüsü etdi
İlahiyyat İnstitutunun dosenti Beynəlxalq Simpoziumda iştirak edib (FOTO)
Şəmkirdə avtoxuliqanlar həbs edilib (FOTO)
Yeddi şadlıq sarayının sahibi cərimələnib
Xarici valyutaların manata qarşı məzənnələri
Qubadlıda ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat aşkarlanıb (FOTO)
Yarım milyon manatdan çox pul mənimsəyən baş həkim və işçilərinin məhkəməsi başlayır
Lənkəranda 10-dan çox narkotik alverçisi saxlanılıb
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - ABŞ-da pul siyasətinin dəyişməsi
Ehtiyatda olan hərbçilər toplanışlara çağırılır
Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək
Azərbaycanda narkomaniyaya qarşı qətiyyətli və effektiv mübarizə aparılır - Kamaləddin Qafarov
Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib (VİDEO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb
Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb (FOTO)
Azərbaycanın regionda yaratdığı yeni reallıq: Zəngəzur dəhlizi
Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır
Əfqanıstanda silahlı toqquşmada 17 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Bütün xəbərlər