• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Xəzərdə kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb

17 İyul 2017 07:41 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva – Trend:

Son 10-15 il ərzində Xəzər dənizində kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb.

Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, son illər ərzində Xəzər dənizində balıqların növ tərkibi dəyişməsə də, balıqların ehtiyatı ildən-ilə getdikcə azalır. Ehtiyatların azalması daha çox vətəgə əhəmiyyətli balıqlara aiddir:

Xəzər dənizinin əsas balıq ehtiyatının çoxunu kilkələrin təşkil etdiyini deyən M.Axundov əlavə edib ki, kilkələrin qidalandığı zooplanktonların, yəni dənizdəki xırda canlıların kütləsi 10 dəfə azaldığından dənizdə bu balıqların da ehtiyatı çox azalıb.

Zooplanktonların ehtiyatının azalma səbəblərini açıqlayan M.Axundov qeyd edib ki, 1990-cı illərin sonlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyi (kilkələrin yemini yeyən yad orqanizm) dənizin akvatoriyasında sürətlə yayılaraq, Xəzərin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurub. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükədib.

Kilkələrin sayının azalmasını bu prosesin nəticəsi sayan M.Axundov qeyd edib ki, bu balıqların sayının azalması Xəzərin yalnız Azərbaycan sektorunda deyil, bütün Xəzər dənizində müşahidə edilir.

M.Axundov qeyd edib ki, yaranan problemin aradan qaldırılması üçün kilkələrin sənaye ovuna qadağanın qoyulması məsələni həll etmir:

"Sadəcə olaraq, kilkə ovuna ehtiyatlı yanaşma lazımdır. Kilkələri müəyyən həcmdə ovlamaq olar. İmkan vermək lazımdır ki, kilkə çoxalsın. Kilkə çoxalarsa, bütün balıqlar üçün də yem ehtiyatı artar".

M.Axundov qeyd edib ki, son 15 il ərzində kilkə kütləsi azaldığından kilkə ilə qidalanan bütün başqa balıqların da kütləsi azalıb. Bunlar siyənəklər, nərə cinsli balıqlar, qızıl balıq və sairdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Mehman Axundov
  • kilkə
  • Xəzər dənizi
Azernews Newspaper
Digər xəbərlər
Xəzər dənizində müntəzəm fider daşımalarına başlanır (FOTO)
İqtisadiyyat 6 Aprel 12:04
Nazirlik rəsmisi: Xəzərdə kruizlərin marşrutu Xəzəryanı ölkələrlə birgə razılaşdırılmalıdır
Gündəm 4 Aprel 12:55
Xəzərdə zəlzələ olub
Hadisə 3 Aprel 02:45
Xəzərdə zəlzələ olub
Hadisə 4 Mart 18:57
Xəzər dənizində zəlzələ olub
Hadisə 13 Fevral 00:04
İnstitut direktoru: Xəzərdə “süd qasırğası”nın baş verməsi adi haldır
Cəmiyyət 12 Fevral 10:15
Bu yay Xəzərlə başqa ölkələrə kruizlərin təşkili mümkün olacaq
Cəmiyyət 2 Fevral 12:16
Xəzərdə zəlzələ olub
Hadisə 10 Yanvar 09:19
Xəzərin suyu rəngini dəyişib (FOTO/VİDEO)
İqtisadiyyat 8 Yanvar 18:00
Xəzərdə zəlzələ olub
Hadisə 30 Dekabr 2017 09:21
Xəzərdə zəlzələ olub
Hadisə 5 Dekabr 2017 09:24
Xəzərdə zəlzələ olub
Hadisə 22 Noyabr 2017 09:35
Xəzərin su bioloji resurslarının mühafizəsi üzrə Komissiyanın sessiyası keçirilir (FOTO)
Cəmiyyət 21 Noyabr 2017 10:23
Nərəcinsli balıqların ovuna 20-25 il qadağanın qoyulması təklif edilə bilər
Cəmiyyət 13 Noyabr 2017 14:54
Xəzərdə suitilərin ovuna qadağa qoyulacaq
Cəmiyyət 13 Noyabr 2017 07:48
Qlobal temperaturun artması Xəzər dənizinin buz rejimini dəyişdirib
Cəmiyyət 11 Noyabr 2017 15:36
Vladimir Putin: Yaxın zamanlarda Xəzərin statusu ilə bağlı bütün məsələlərin razılaşdırılacağına ümid edirik
Cəmiyyət 1 Noyabr 2017 22:51
Xəzərdə zəlzələ olub
Cəmiyyət 19 Oktyabr 2017 14:14
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter