...

Xəzər və Kürə buraxılan körpə balıqların sayı artıb

Cəmiyyət Materials 13 İyun 2017 07:46
Azərbaycanda Xəzər dənizinə buraxılan körpə balıqların sayı artıb.
Xəzər və Kürə buraxılan körpə balıqların sayı artıb

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda Xəzər dənizinə buraxılan körpə balıqların sayı artıb.

Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, 2016-cı ildə balıqartırma müəssisələri tərəfindən 7.57 milyon ədəd nərəcinsli, 199.8 min ədəd qızılbalıq, 398.81 milyon ədəd çəkikimilər balıq körpələri artırılaraq Kür və Xəzər dənizinə buraxılıb.

Ümumilikdə, təbii su hövzələrinə 406.5 milyon ədəd körpə balıq buraxılıb.

Bu rəqəmin 2015-ci ilə nisbətən çox olduğunu deyən M.Axundov dənizə buraxılan körpə balıqların sayının ildən-ilə artdığını söyləyib.

M.Axundov qeyd edib ki, Azərbaycanda körpə balıqlar ETSN-nin 12 balıqartırma zavodunda yetişdirilir. Zavodların 4-ü nərəcinslilərin, 3-ü qızıl balıqların, 5-i çəkikimilərin artırılması üçün körpələr yetişdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti