...

Gələn il 164 mindən çox uşaq I sinfə gedəcək

Cəmiyyət Materials 15 İyun 2017 09:44 (UTC +04:00)
I sinfə qəbul olunacaq şagirdlərin sayının 164 945 nəfər olacağı gözlənilir.
Gələn il 164 mindən çox uşaq I sinfə gedəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayının 164 945 nəfər olacağı gözlənilir.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti