...

Aİ-nin Bakı nümayəndəliyi hekayə və foto müsabiqələrinin qaliblərini mükafatlandırıb

Cəmiyyət Materials 14 İyun 2017 19:50 (UTC +04:00)
Avropa İttifaqının Bakı nümayəndəliyi media layihələrinin başlanmasını qeyd etmək üçün tərəfdaşlarını və dostlarını bir araya gətirib.
Aİ-nin Bakı nümayəndəliyi hekayə və foto müsabiqələrinin qaliblərini mükafatlandırıb

Bakı. Trend:

Avropa İttifaqının Bakı nümayəndəliyi media layihələrinin başlanmasını qeyd etmək üçün tərəfdaşlarını və dostlarını bir araya gətirib.

Trend-in məlumatına görə, "AvropadASAN" radio veriişinin artıq iki proqramı efirə çıxıb. 100 FM radio dalğasında efirə çıxan "AvropadASAN" bir saatlıq veriliş olub, Avropa ilə bağlı təhsil, informasiya və əyləncəli xəbərlərdən bəhs edir və musiqi ilə müşayiət olunur.

Verilişdə təhsildə, mədəniyyət, təhsil, səyahət, musiqi dünyasının ən son trendləri barədə məlumatlar veriləcək. Azərbaycanda səfərdə oan və ya yaşayan avropalılar və Avropada yaşamış azərbaycanlılar verilişin qonağı olacaq. "AvropadASAN" həmçinin Azərbaycanda keçirilən Avropa mədəniyyət tədbirləri barədə məlumat verəcək.

Tədbirdə hekayə və foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Mart ayı boyunca Aİ-nın maliyyələşdirdiyi "EU NEIGHBOURS east" layihəsi Şərq Tərəfdaşlığı ölkələri olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan gənclər üçün "#EUaroundU – Hekayəni danış!" müsabiqəsini keçirib. Gənclər Aİ-nın onların şəxsi həyatına və ya icmasına göstərdiyi təsirdən bəhs edən hekayələrini yazıblar. Müsabiqədə birinci yeri tutan Sara Rəcəbli Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak etmək üçün 22-23 iyun tarixlərində Polşaya səfər edəcək.

May ayında Aİ nümayəndəliyi "Azərbaycanda Avropanı tap!" foto müsabiqəsini keçirib. İştirakçılar Aİ və ya Avropa ilə aydın əlaqəni göstərən Azərbaycanda çəkilmiş şəkilləri qısa məlumatla birgə göndəriblər. Aİ nümayəndəliyi üç qalibə sertifikat və müxtəlif dəyərdə olan kameralar hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti