Səlim Müslümov Qəbələdə 6 rayonun sakinləri ilə görüşüb (FOTO)

Səlim Müslümov Qəbələdə 6 rayonun sakinləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələ rayonunda bu rayonun və Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətlər imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına, peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi və s. məsələlərə aid olub. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə vətəndaşların müraciətləri araşdırılaraq cavablandırılıb.

Vətəndaşlarla görüşündə S.Müslümov Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5550 nəfər əlil və şəhid ailəsinin mənzillə təmin edildiklərini diqqətə çatdırıb: “Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, hazırda ölkəmizin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində ardıcıl işlər aparılır. Bu işlər çərçivəsində son iki ildə və cari ilin ötən dövründə 600 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər təqdim olunub. O cümlədən həmin dövrdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonları üzrə 35-dək fərdi ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda da bu rayonlar üzrə qeyd olunan insanlar üçün fərdi evlərin tikintisi işləri davam etdirilir”.

Məşğulluğun təminatı ilə əlaqədar müraciət edən vətəndaşlara yaşadıqları ərazi üzrə vakant iş yerləri təklif edilib, onlara seçdikləri və əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər təqdim olunub. Bir sıra şəxslər istəklərinə uyğun olaraq peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Nazir bildirib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları) da yerli resurslardan səmərəli istifadə əsasında iqtisadi inkişafa şərait yaradıb. Dövlətin dəstəyi ilə bölgədə xüsusən turizm infrastrukturunun və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin genişlənməsi yeni iş yerlərinin yaranması və məşğulluq imkanlarının artırılmasında əhəmiyyətli addımların atılmasına səbəb olub. Bununla bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən də bölgədə əhalinin məşğulluğunun təminatı tədbirləri getdikcə gücləndirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin 5 ayında məşğulluq orqanlarının xətti ilə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları üzrə 2056 nəfər işsiz və işaxtaran şəxsin məşğulluğu təmin edilib”.

S.Müslümov dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili işlərinin də davam etdirildiyini bildirib: “Özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 660 nəfərdən çox şəxsin biznes-planlarına uyğun şəkildə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Hər gün bu proses davam edir və aktivlərlə təmin edilənlərin sayı da hər gün artır. Hazırda sakinlərini qəbul etdiyimiz bu 6 rayon üzrə də biznes-planları uğurlu hesab edilən 90 nəfərdən artıq 62 nəfərə aktivlər alınıb verilib və yaxın günlərdə digərlərinə də veriləcək. Müsbət haldır ki, aktivlərlə təmin olunmuş şəxslər biznes-planlarında nəzərdə tutulan qaydada ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını və bununla da özünüməşğulluq fəaliyyətlərini gözlənilən səviyyədə qurublar”.

Ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müvafiq tapşırıqlarını verən S.Müslümov hazırda nazirliyin bu bölgədə də Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib: “Mərkəz bölgədə yerləşən rayonlardakı əlilliyi olan insanların kompleks tibbi-sosial reabilitasiyasını həyata keçirir. Bu sahədə işlərin davamı kimi, keçən il və cari ilin ötən dövründə həmin Mərkəzdə 460 nəfərdən çox müvafiq şəxsə stasionar və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib”.

Qəbula gələn vətəndaşlar əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali təbəqələrinə dövlət qayğısının artırılması yönündə həyata keçirilən tədbirlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Bakıda minik avtomobili yanıb
Gürcüstanda koronavirusa daha 1310 nəfər yoluxub, 12 nəfər ölüb
Birgünlük səfər, yüzillik xidmət: Dövlət başçısının bölgələrə səfəri əhalinin rifahına xidmət edir
Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb
“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərinə dair HESABAT
Azərbaycanın regionları sürətlə və uğurla inkişaf edir - Deputat
Erməni faşizmi daha amansız və daha dəhşətlidir - ŞƏRH
Gömrük Akademiyası “Vətən mənə oğul desə...” layihəsi çərçivəsində ilk onlayn görüş keçirib (FOTO)
Qarabağda atəşkəs barədə saziş imzalandıqdan sonra irəli addımlamaq vaxtıdır - İnsan haqları müvəkkili
Azərbaycanda minik avtomobillərinin istehsalı azalıb
"SOCAR Ukraine" qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir
Dövlət başçısının Hacıqabulda istifadəyə verdiyi müəssisələr uğurlu iqtisadiyyatın göstəricisidir - Deputat
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
Bütün xəbərlər