...

Dövlət Komitəsi: İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi adından tədbir keçirməsi qanuna ziddir

Cəmiyyət Materials 19 İyun 2017 12:38 (UTC +04:00)
İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur.
Dövlət Komitəsi: İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi adından tədbir keçirməsi qanuna ziddir

Bakı. Trend:

İlqar İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından qeyri-qanuni istifadə etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, İ.İbrahimoğlunun Ramazan ayının 3-cü Əhya gecəsi ilə bağlı İçərişəhər “Cümə” məscidi dini icmasının adından istifadə edərək tədbir keçirməsi haqqında məlumat yayılıb: "Bununla bağlı qeyd etmək istərdim ki, İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi və orada fəaliyyət göstərən dini icma ilə hər hansı hüquqi bağlılığı yoxdur. Hazırda rəsmi dövlət qeydiyyatından keçmiş İçərişəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Surxay Məmmədovdur. İ.İbrahimoğlunun İçərişəhər “Cümə” məscidi dini icmasının adından sui-istifadə edərək tədbir keçirməsi yolverilməzdir və qanunvericilyə zidd xarakter daşıyır. İ.İbrahimoğlu bu kimi qeyri-qanuni hərəkətlərini davam etdirərsə, hüquqi məsuliyyət daşıyacaq və Dövlət Komitəsi tərəfindən bununla bağlı hüquqi müstəvidə bütün zəruri addımlar atılacaq. Dindar vətəndaşlarımızı məscidlərdən kənar, qeyri-qanuni şəkildə təşkil edilmiş belə tədbirlərə qatılmamağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti