...

Paytaxtda 5 yaşlıların 65 faizi məktəbə hazırlığa cəlb edilə bilər

Cəmiyyət Materials 22 İyun 2017 11:55 (UTC +04:00)
Növbəti tədris ilində Bakıda bütün 5 yaşlıların 65 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulub.
Paytaxtda 5 yaşlıların 65 faizi məktəbə hazırlığa cəlb edilə bilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Növbəti tədris ilində Bakıda bütün 5 yaşlıların 65 faizinin məktəbə hazırlığa cəlb edilməsi nəzərdə tutulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.

2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.

2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti