...

Ceyhun Bayramov: Əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir (FOTO)

Cəmiyyət Materials 23 İyun 2017 11:46 (UTC +04:00)
Növbəti illər ərzində əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir və biz buna nail olacağıq.
Ceyhun Bayramov: Əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Növbəti illər ərzində əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir və biz buna nail olacağıq.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Məktəblilərarası I Robot Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

C.Bayramov bildirib ki, 3 kateqoriya üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərini təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə çıxış edib.

C.Bayramov bildirib ki, məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır.

Nazir müavini əlavə edib ki, son illərdə istedadlı uşaqların aşkarlanması üçün bir sıra tədbirlər keçirilib.

C.Bayramov deyib ki, son illər ərzində azərbaycanlı şagirdlərin dünya fənn olimiadalarında iştirak etməsinin şahidiyik:

"İstedadı olmayan uşaq yoxdur. Məktəbin əsas məqsədi uşaqların istedadını aşkarlamaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti