...

Azərbaycanlı çempionu öldürən sürücü saxlanılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 29 İyun 2017 17:46 (UTC +04:00)
Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü saxlanılıb.
Azərbaycanlı çempionu öldürən sürücü saxlanılıb (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü saxlanılıb. Trend-in məlumatına görə, hadisəni törədən sürücü, 1962-ci ildə Masallı rayonunda anadan olmuş Məmmədov Əlifağa Abdul oğlu şübhəli şəxs qismində tutulub.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

R.Məmmədovanın yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən yol hərəkəti qaydalarını pozmuş digər sürücülərin inzibati qaydada məsuliyyətə cəlb olunmaları təmin ediləcək.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, "90 XU 928" dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü R.Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Qeyd edək ki, R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma idman növü üzrə çempion olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti