...

İyun ayının media monitorinqinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 3 İyul 2017 15:37 (UTC +04:00)
MC&S-in media monitorinq qrupu 1-30 iyun dövrü üzrə məlumatların hesabatına yekun vurub.
İyun ayının media monitorinqinin nəticələri açıqlanıb

Bakı. Trend:

MC&S-in media monitorinq qrupu 1-30 iyun dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (914 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2123 məlumat), sığorta şirkətləri arasında Paşa Həyat (129 məlumat), ali məktəblər arasında BDU (1506 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior Otel Baku ( 135 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://web.facebook.com/MediaConsultingServices/?fref=ts

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. Onu da qeyd edək ki, PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti