...

2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək

Cəmiyyət Materials 12 İyul 2017 11:04 (UTC +04:00)
2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək.
2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək

Bakı. Trend:

İyulun 12-dən etibarən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən yararlana biləcəklər.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı, 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.

Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.

Vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi - cümə günləri saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.

Qeyd edək ki, “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB-nin 45 növ xidməti təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti