...

Azərbaycanda 92 markalı benzin idxal rüsumundan azad edildi (YENİLƏNİB)

Cəmiyyət Materials 18 İyul 2017 09:45 (UTC +04:00)
Azərbaycanda 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.
Azərbaycanda 92 markalı benzin idxal rüsumundan azad edildi (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

Yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Bu qərarlar 90 gün müddətində qüvvədə olacaq.

SOCAR-dan Trend-ə bildiriblər ki, Nazirlər Kabinetinin bu qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda planlı profilaktika ilə əlaqədar neft məhsulları istehsalının müvəqqəti dayandırılması ilə bağlıdır. Bunun nəticəsində müəyyən həcm xaricdən idxal olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti