...

Ərəb turistləri yenə də ilk sırada

Cəmiyyət Materials 25 İyul 2017 07:45 (UTC +04:00)
Bu gün Azərbaycana daha çox gələn əcnəbi turistlər arasında ərəb turistləri ilk yeri tutur.
Ərəb turistləri yenə də ilk sırada

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycana gələn ən çox əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, sonrakı yerləri Rusiya, İran və Avropa turistləri tutur.

Assosiasiya sədri əlavə edib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ və Şamaxıdır.

N.Bağırov hazırda Azərbaycanda hotel yerlərinin dolma göstəricisinin də yüksək olduğunu, adıçəkilən bölgələrdə isə yer çatışmazlığının müşahidə edildiyini açıqlayıb: “Məsələn, bu gün Qəbələdə, Qubada demək olar ki, bütün hotellərdə yerlər tam dolub. Ancaq buna baxmayaraq, yer tapa bilməyən qonaqların bir yerdən digər yerə səfər etməsinə kömək edirik, onları yeni istiqamətlərə - başqa rayonlara göndəririk”.

N.Bağırov qeyd edib ki, hazırda bu problemin aradan qaldırılması üçün adıçəkilən bölgələrdə yeni hotellərin tikintisi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti