...

"ASAN könüllüləri"nin növbəti qrupu Binəqədi İH-də təcrübə keçir (FOTO)

Cəmiyyət Materials 25 İyul 2017 14:50 (UTC +04:00)

Bakı. Trend:

“ASAN könüllüləri”nin növbəti 10-cu qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıblar. Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 10-cu qrupunun üzvləri ilə görüş keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.

Tanışlıqdan sonra könüllü gəncləri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəbul etmiş, gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsini sevdirici hal olaraq vurğulamış və onlara bu işdə uğurlar diləyib.

Sonra gənclər Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti