...

Nazirlik: Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb

Cəmiyyət Materials 28 İyul 2017 11:42 (UTC +04:00)
Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb, C hepatitinin yayılma səviyyəsi isə stabil qalıb.
Nazirlik: Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb, C hepatitinin yayılma səviyyəsi isə stabil qalıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın sədri Murad Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir.

M.Məmmədov qeyd edib ki, B hepatiti adətən cinsi yolla və stomatologiyada istifadə olunan preparatların təkrar istifadə olunmasından, C hepatiti isə cinsi yolla praktiki olaraq keçmir. Bu viruslar daha çox qanköçürmə və təkrar istifadə olunan preparatlar vasitəsi ilə keçir:

"B hepatiti nəzarət olunandır, C hepatitinə nəzarət isə çətindir. Hepatitin müalicəsi var, ancaq zəmanət verilmir. C hepatitinin fəsadları daha çox olur və hər il dünyada 500 min insan ölür".

M.Məmmədov deyib ki, Azərbaycanda qanköçürmə zamanı virusların yayılma səviyyəsi B hepatiti üzrə 2 faiz, C hepatiti isə 1,95 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti