...

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi - TAM SİYAHI

Cəmiyyət Materials 1 Avqust 2017 19:06 (UTC +04:00)
Bu gündən ödənişsiz "Wi-Fi"dan artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də yararlanmaq mümkündür.
Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi - TAM SİYAHI

Bakı. Hüseyn Vəliyev - Trend:

Bu gündən ödənişsiz "Wi-Fi"dan artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də yararlanmaq mümkündür.

Trend-in məlumatına görə, bununla əlaqədar işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Wi-Fi" təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti