ADU-da "CLS Turkish" proqramının bağlanış mərasimi keçirilib (FOTO)

ADU-da "CLS Turkish" proqramının bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Avqustun 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” (Önəmli Dil Təqaüdü) proqramının bağlanış mərasimi keçirilib.

ADU-nun İnformasiya departamentindən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K.Abdulla onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib.

Türk dilini öyrənməyin tələbələr üçün böyük türk mədəniyyətinə daxil olmaq, eyni zamanda dünyamızın bütövlüyünü bir daha hiss etməkdə kifayət qədər ciddi zəmin olduğuna ümid etdiyini qeyd edən K.Abdulla onların burada keçirdikləri günlərin ABŞ-Türkiyə münasibətlərinə, o cümlədən ABŞ-ın digər dövlətlərlə əlaqələrinə isti komponent əlavə etdiyinə inandığını deyib. Bu gün Azərbaycanın öz qoynunda müxtəlif mədəniyyətləri birləşdirdiyini, dünyanın müxtəlif dillərində danışan insanların özlərini burada rahat və perspektivə yönəlmiş şəkildə hiss etməsi üçün böyük işlər görüldüyünü qeyd edən K.Abdulla ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərin buna sübut olduğunu deyib.

Dünyanın müxtəlif yerlərindən olan insanların Azərbaycana gəlməsindən məmnun olduğunu deyən K.Abdulla ölkəmizin artıq dünyada tanındığını vurğulayıb. O, bu cür multikultural və tolerant mühitin Azərbaycanda tarixən mövcud olduğunu və hal-hazırda dövlət tərəfindən davam etdirilərək gələcəkdə daha da inkişaf edəcəyini söyləyib. Bakının amerikalı tələbələrin gənc yaddaşlarında əbədi qalacağına inandığını deyən K.Abdulla şəhərimizin də onları unutmayacağını bildirib. Bakıda onları gözləyən dostların olduqlarını söyləyən K.Abdulla amerikalı tələbələrə həyatlarında xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev proqram çərçivəsində amerikalı tələbələrin türk dilini öyrənməklə yanaşı, ölkənin bir sıra görməli yerlərinə səfər etmək imkanı qazandıqlarını deyib. Proqram müddətində tələbələrin öz türk dili biliklərini daha da təkmilləşdirdiklərinə əminliyini ifadə edən Ə.Abdullayev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Heidi Smit amerikalı tələbələrin türk dilini öyrənməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Bu proqramın önəmli olduğunu bildirən H.Smit ünsiyyət qurmaq, özünü ifadə etmək, digər mədəniyyətləri araşdırmaq üçün dilin mühüm faktor olduğunu deyib. Bu proqramda iştirak etməyin üstünlükləri və yaratdığı imkanlardan danışan H.Smit amerikalı tələbələrin səfirlik, həmçinin digər təşkilatlarla əlaqə saxlayacaqlarına inandığını bildirib.

Proqramın uğurla başa çatdığını deyən Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip və amerikalı tələbələrlə iş üzrə rezident direktor Ketrin Bobbitt işin icrasında yardımçı olan şəxslərə öz təşəkkürlərini ifadə ediblər və proqram iştirakçılarına uğurlar arzulayıblar.

Sonra amerikalı tələbələrə türk dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.

Bağlanış mərasimində amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.

Daha sonra türk dilini öyrənən amerikalı tələbələrin ifasında türk dilində şeirlər, səhnəciklər, mahnılar, hekayələr və rəqslər izlənilib.

Sonda hədiyyələr təqdim olunub.

Qeyd edək ki, türk dilini öyrənən amerikalı tələbələr proqram müddətində Bakıda muzeylər və digər görməli yerlərdə olublar. Ölkənin digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. Proqram müddətində tələbələrə dil və mədəniyyət mövzularında mühazirələr də təşkil olunub.

Qeyd edək ki, iyunun 14-də başlayan “CLS Turkish” proqramı çərçivəsində 27 nəfər amerikalı tələbə 8 həftə ərzində türk dilini öyrənib.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Füzuli rayonunun Merdinli kəndi (FOTO/VİDEO)
"Milli şuranın" milli xəyanəti yeni hadisə deyil - Əli Əhmədov
Azərbaycanda sərnişin və yük daşımaları üçün verilən lisenziyaların sayı açıqlanıb
Ötən il Bakı-Sumqayıt-Abşeron istiqamətində 8 milyondan artıq sərnişin daşınıb
Rusiyada koronavirusdan ölənlərin sayı 66 mini keçib
Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir
Qazax sakinində narkotik və silah aşkarlanıb (FOTO)
Aztelekom Zaqatalada 384 ailənin mənzilini müasir avadanlıqla təmin edib (FOTO)
DANX pandemiya dövründə nəqliyyat sektorunda vəziyyətlə bağlı hesabat yaydı
Ermənistan parlamenti üçtərəfli bəyanata etiraz etmədi
Karantini pozub futbol oynayan yeniyetmələrin valideynlərinə xəbərdarlıq edilib
Almaniyada koronavirusun daha bir mutasiyası aşkar edildi
Yarım saatdan çoxdur ki, peyvənd olunmuşam və heç bir mənfi təsiri yoxdur - Yaqut Qarayeva
Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib (FOTO)
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyasının ilk həftəsi uğurla başa çatıb
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
Şəhid ailələrinin mənzil təminatı üçün bir neçə istiqamətdə dəqiqləşdirmələr aparılır - Anar Kərimov
İnsan alverinin qurbanlarına yardım məqsədilə 152 “Qaynar xətt”i xidmət göstərir
Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq - Agentlik sədri (FOTO)
Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırlayıb
Sabah axşamdan hava pisləşəcək - Qar yağacaq, çovğun olacaq
Azərbaycan istifadə olunan vaksin ən effektli və təhlükəsizdir - Peyvənd olunan Oqtay Şirəliyev (FOTO)
Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini
Bakıdan Tehrana böyük iqtisadi heyət səfər edib - Hökumətlərarası Komissiyanın iclası olacaq
Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb
Vətən müharibəsi iştirakçılarının özünüməşğulluq proqramına cəlbi genişləndirilib
Ağdam rayonunun Xıdırlı kəndi (FOTO/VİDEO)
Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb - Anar Kərimov
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
Polietilen torba istehsalçılarına xəbərdarlıq edilib
Oqtay Şirəliyev, Zaur Əliyev və Ramin Bayramlı peyvənd olundu (FOTO) (ƏLAVƏ OLUNUB)
Web Coder Agentliyi yeni xidmət paketini təqdim edir
Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu prinsiplər əsasında keçirilir
Tibb işçilərinin koronavirusa qarşı vaksinasiyasına start verildi (FOTO)
Şuşada yanğın olub
20 Yanvar günü bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Vaksinasiya COVİD-19-la mübarizədə mühüm amildir - Könül Nurullayeva
Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
Cəlilabad sakini taksidə 4 kiloqram heroinlə tutuldu
Peyvənd 2021-ci ildə Azərbaycan iqtisadiyyatına koronavirusun mənfi təsirlərinin qarşısını ala bilər
Azərbaycan vaksinasiyaya başlayır - İlk kimlər peyvənd olunacaq?
Postlardan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi geri qaytarılıb, 5 nəfər həbs edilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Miqrasiya Xidməti əcnəbi və vətəndaşlığı olmayanlara müraciət edib
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Deputatlar tətildən qayıdır
Azərbaycanda gəmi kapitanı dünyasını dəyişib
SOCAR üçün pandemiya dövrünün əsas çağırışı məhz insanları ixtisara salmadan, əməliyyat dayanıqlığının qorunması olub
Cəbrayıl polisi narkotacir qardaşları saxladı
Koronavirus yoluxduruculuq qabiliyyətini nə zaman itirəcək? - Azərbaycanlı alim açıqladı
Yanvarın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib
30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR
Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər - Alim
Qazaxıstanda koronavirusa yoluxanların sayı 170 minə çatır
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçib
İsraildə koronavirusa yoluxanların sayı 550 minə çatır
Amsterdamda etiraz aksiyası zamanı 115 nəfər saxlanılıb
Braziliyada koronavirusa qarşı iki vaksinin istifadəsinə icazə verilib
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfəri ötüb
"İnter" son 4 ildə ilk dəfə "Yuventusu" məğlub etdi
Britaniyada bir gündə koronavirusa 38 mindən artıq yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdə hərbi sursat, mərmi qalıqları və minalar aşkarlanıb - ANAMA (FOTO)
Qarabağda yaşanan hisslər hər sevgidən üstündür... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 683 mindən çox yoluxma qeydə alınıb
Fransada komendant saatını pozan 5,9 min nəfər cərimələnib
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
SMS icazə ləğv olundu - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
Bakıda ikimərtəbəli evdə yanğın olub
Trampın reytinqi antirekordu yeniləyib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Türkiyə Super Liqası: "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağalıb
ABŞ-ın yeni vitse-prezidenti yanvarın 18-də əvvəlki vəzifəsini tərk edəcək
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
Amsterdamda polis nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edir
Hirkan Milli Parkında yanğın davam edir
Avstriya sərt karantin müddətini 7 fevrala qədər uzadır
Qara dənizdə batan Rusiya gəmisinin heyətindən 6 nəfər Türkıyə tərəfindən xilas edilib, daha dörd nəfər həlak olub
Şuşa fatehlərindən olan şəhid çavuş
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə (FOTO)
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
Əhməd İsmayılov Elçin Şıxlının "Pressinq" verilişinin qonağı olub (VİDEO)
Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək (FOTO/VİDEO)
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir (FOTO)
Murov dağı istiqamətində Ömər aşırımında yenidən azan səsləndirilir (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
MN səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri ilə bağlı məlumat yayıb (VİDEO)
Türkiyədə zəlzələ baş verib
Ünvanlı sosial yardım necə təyin edilir? (VİDEO)
Sumqayıtda arvadını boğaraq qətlə yetirən şəxs saxlanıldı
Rusiyada koronavirusa yoluxanların sayı 3,56 milyonu keçib
Daha iki qazimizə sosial dəstək işləri başlanılıb (FOTO)
Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq
Bütün türk xalqları azad edilmiş ərazilərin dirçəlməsini təmin edəcəklər - TÜRKSOY-un baş katibi
Bütün xəbərlər