...

Jurnalistlər üçün daha bir müsabiqə

Cəmiyyət Materials 13 Sentyabr 2017 10:39 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcması “İslam həmrəyliyi və media” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.
Jurnalistlər üçün daha bir müsabiqə

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcması “İslam həmrəyliyi və media” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Bu barədə Trend-ə Mətbuat Şurasından məlumat verilib.

I. Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 600 manat

Həvəsləndirici mükafat – 12 nəfər – 100 manat

II. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

Mövzunu dolğun əhatə etmə səviyyəsi;
Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
İfadə vasitələrinin zənginliyi;
Oxucu üçün informasiyalılıq dərəcəsi;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;
Azərbaycanın İslam həmrəyliyinə töfhəsi;
İslam həmrəyliyini zəruri edən səbəblər.

Müsabiqəyə 2017-ci ilin sentyabr ayının 13-dən noyabr ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir;

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də verilməlidir;

Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcəkdir. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir;

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır. Yazılar həmçinin müəllifin elektron ünvanından elektron qaydada da təqdim oluna bilər.

Təqdimat zərfində yer almalıdır:

yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF faylında);

yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF faylında);

yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu (təqdimat elektron qaydadadırsa, word faylında);

müsabiqə üçün verilmiş yazının yayımlandığı qəzet və jurnalın 1 nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF faylında);

yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link;

materialın A4 formatlı kağız vərəqində nüsxəsi (təqdimat elektron qaydadadırsa, word faylında. Müəllifin adı göstərilməməklə);

Qeyd 1: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına təqdim etməlidirlər.

Müsabiqə üçün yazılar 2017-ci il sentyabr ayının 13-dən noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Həmçinin müsabiqə materialları [email protected] elektron poçt ünvanına da göndərilə bilər.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Qeyd 2: Müsabiqə qaliblərinin adları 2017-ci ilin dekabr ayında açıqlanacaq.

Əlaqə telefonu: (012) 441 35 96, (055) 201 99 26, (050) 242 09 91.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti