Bakı. Samir Əli - Trend:
İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib.
Komissiya sədri bildirib ki, yanğın gecə saatlarında tam söndürülüb: "Hadisə nəticəsində 500 kvadratmetrə yaxın ərazidə quru ot və kol-kos yanıb. Yanğının ağaclara keçməsinin qarşısı alınıb. Yanan ərazinin 30-40 kvadratmetri qoruğa, qalan ərazi isə meşəbəyliyə məxsusdur. Hazırda yanğının hansəı səbəbdən baş verməsi araşdırılır".
Xatırladaq ki, Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi sentyabrın 14-də baş verib.Hadisə yerinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub.