...

50,1 faiz qadınların çoxluğu ilə əhalinin sayı 10 milyona yaxınlaşır

Cəmiyyət Materials 15 Sentyabr 2017 17:14 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 48,879 nəfər və ya 0,5 faiz artaraq 2017-ci il avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur.

Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Xəbər lenti

Xəbər lenti