...

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsini anıb

Cəmiyyət Materials 19 Sentyabr 2017 13:03 (UTC +04:00)
Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsini anıb.
Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsini anıb

Bakı. Trend:

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları sentyabrın 19-da İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla andılar və məzarı önünə əklil qoyublar.

İnstitutdan Trend-ə verilən məlumata görə, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva çıxış edərək 25 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53-illik həyat yolunda həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib.

G.Baxşəliyeva Aida xanımın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açıb, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğulayıb. Gövhər xanım Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova Aida İmanquliyevanın Azərbaycan elmində qoyduğu izdən söz açdı və bu gün də həm ölkəmizdə, həm də xaricdə görkəmli alimin elmi yaradıcılığının öyrənildiyini bildirib, onun ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində açdığı elmi yolun davamçılarından danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti