Bakı. Trend:
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Bu barədə Trend Milli Olimpiya Komitəsinə istinadən məlumat verir.
Tədbirdə qurumun rəhbər heyətinə seçkilər olub. Səsvermə nəticəsində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.
Qeyd edək ki, M.Cabbarov Azərbaycan Badminton Federasiyasının da prezidentidir.