...

Bakıda iki avtomobil toqquşdu, biri binaya çırpıldı (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2017 08:46 (UTC +04:00)
Bakıda iki qadının idarə etdiyi avtomobil toqquşub
Bakıda iki avtomobil toqquşdu, biri binaya çırpıldı (FOTO)

Bakı. Samir Əli -Trend:

Bakıda iki qadının idarə etdiyi avtomobil toqquşub.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospekti, 529- cu məhəllədə baş verib.

"Azərbaycan" Nəşriyyatının qarşısında 99 LS 209 dövlət nömrə nişanlı avtomovil 90 VD 220 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində 99 LS 209 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyada səkisindən aşaraq 5 mərtəbəli binaya çırpılıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti