...

Deputat: Valideynlər övladının hansısa peşəyə yiyələnməyindənsə, ali təhsil alması barədə düşünür

Cəmiyyət Materials 3 Oktyabr 2017 11:34 (UTC +04:00)
Hər kəs övladının hansısa peşəyə yiyələnməyini görməkdənsə, onun ali təhsil alması barədə düşünür
Deputat: Valideynlər övladının hansısa peşəyə yiyələnməyindənsə, ali təhsil alması barədə düşünür

Bakı. İhamə İsabalayeva - Trend:

"Azərbaycanda valideynlər daha çox ali təhsilə maraq göstərirlər. Hər kəs övladının hansısa peşəyə yiyələnməyindənsə, onun ali təhsil alması barədə düşünür".

Trend -in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Isa Həbibbəyli deyib.

Onun sözlərinə görə, son illər həyata keçirilən islahatlar nəticəsində isə gənclərin peşə təhsilinə marağı nisbətən artıb. Bu il peşə təhsilinə qəbulun nəticələri-ilk peşə təhsili müəssisələrinə qəbul planının tam dolması, cüzi yerlərin qalması gənclərin bu sahəyə olan marağını təsdiq edir:

"Bunu nəzərə alaraq, Azərbaycanda ilk dəfə olaraq, Milli Məclis tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb. Burada peşə təhsilinin inkişafı, lisenziyalaşdırılması, dövlət və özəl sahələrin birgə əməkdaşlığı, məzunların işlə təminatı, bu sahəyə dair strateji yol xəritəsinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb. Inanırıq ki, ən yaxın zamanda Azərbaycanda peşə təhsili rəqabətədavamlı sahələrdən biri olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti