• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)

12 Oktyabr 2017 12:09 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif Mirzəyev, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil məktəblərinin direktorları və ibtidai hərbi hazırlıq müəllimləri, “Şahinlər” hərbi idman oyununun qalibləri, rayon ərazisində fəaliyyət göstərən İctimai birliklərin sədrləri və fəal gənclər iştirak ediblər.

Tədbir Azərbaycan respublikasının Dövlət Himni ilə açıq elan olunub və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra Cocuq Mərcanlıya həsr olunmuş video rolik nümayiş olunub.

Sonra tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi polkovnik Yusif Mirzəyev, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri –Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildiriblər ki, Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Natiqlər qeyd ediblər ki, xalqın, millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov bildirib ki, Vətəni sevmək, Vətən fədaisi olmaq deməkdir. Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. Vətəni sevmək Vətəni qorumaq, onun hər qarışını sevmək, Vətən naminə canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur.

Hər bir müstəqil dövlətin suverenliyinin təminatçısı onun ordusudur. Sevindirici haldır ki, son illər ərzində ölkəmizdə ordu quruculuğu yolunda böyük nailiyyətlər əldə edilib. Silahlı Qüvvələrimizin formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan ordusu böyük inkişaf yolu açıb. Silahlı Qüvvələrimizin kadrları NATO standartları səviyyəsində hazırlanıb. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.

Əminik ki, artıq Azərbaycan əsgəri öz sözünü deməyə qadirdir və Ali Baş Komandanımızın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır. Bu gün Azərbaycan ordusuna göstərilən qayğı və diqqət onu deməyə əsas verir ki, qüdrətli ordumuz tezliklə Vətənin torpaqlarını düşməndən xilas edəcək.

Çıxışlardan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tədbirin təşkilatçılığında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərən Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürnamə, Şəhid Emin Bağırovun və Fəxrəddin Qurbanlının atasına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar təqdim edilib. O cümlədən, Gənclərin çağırışa qədərki hazırlığı fənninin tədrisində xüsusi fərqlənən Binəqədi rayonu şəhid, Milli Qəhrəman Namiq Fərəczadə adına 100 saylı orta məktəbin hərbi rəhbəri Cəlal Cəlilov və həmin məktəbin 10-cu sinif şagirdi İsrail İsayev təltif ediliblər.

Təltiflərdən sonra tədbir bədii hissə ilə davam edib. Rayonun istedadlı şagirdləri “İgid əsgər möhkəm dayan”, “Azərbaycan əsgəri”, “Gəlin dönək evə” mahnıları səsləndirilib, şeirlər söylənib və rayonun şəhidləri Emin Bağırovun və Fəxrəddin Qurbanlının obrazları canlandırılıb.

Tədbirin bədii hissəsinə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı yekun vurub və Azərbaycan bayrağı səhnədə açılaraq, tədbir atəşfəşanlıqla yekunlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Binəqədidə "Vətənin müdafiəsinə hazıram!" tədbiri keçirilib (FOTO)
  • Məqalədə:
  • Binəqədi Rayon İcra Hakimiyyəti
Digər xəbərlər
Ayna Sultanova parkında görülən işlər və açılış tarixi bəlli oldu (ÖZƏL)
Gündəm 30 Sentyabr 15:24
Mir Cəlal Paşayevin ev muzeyi ziyarət edilib (FOTO)
Cəmiyyət 14 Noyabr 2018 20:49
Binəqədidə "Açıq mikrofon" - əhali ilə səyyar görüş keçirilib (FOTO)
Cəmiyyət 9 Noyabr 2018 12:11
Binəqədidə Beynəlxalq müəllimlər gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Cəmiyyət 6 Oktyabr 2018 17:09
Binəqədidə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib (FOTO)
Gündəm 1 Oktyabr 2018 14:53
Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüş keçirilib (FOTO)
Cəmiyyət 28 Sentyabr 2018 14:20
Xəbər lenti
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
Mədəniyyət 02:44
Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar (FOTO)
İdman 02:10
Elmar Məmmədyarov İrlandiyanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb (FOTO)
Siyasət 01:25
Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı (FOTO)
Mədəniyyət 00:57
ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət 00:15
Prezident İlham Əliyev: Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar
Siyasət 5 Dekabr 23:59
Azərbaycan Prezidenti: Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır
Siyasət 5 Dekabr 23:47
Prezident İlham Əliyev: Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar
Siyasət 5 Dekabr 23:42
Bakıda 5 evdən oğurluq edən şəxs saxlanıldı
Hadisə 5 Dekabr 23:41
Ən çox oxunanlar
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
AAYDA Bibiheybətdəki sürüşmə ilə bağlı ittihamlara cavab verdi
Sabunçu bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB)
Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib
Nəzər nöqtəsi
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Elxan Ələsgərov: Yeni parlamentə vacib qanunvericilik qərarları qəbul edəcək gənc kadrlar cəlb etmək lazımdır (VİDEO)
Səfir: Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri