...

Milli Məclisdən yeni medalla bağlı qərar

Cəmiyyət Materials 20 Oktyabr 2017 13:05 (UTC +04:00)
Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.
Milli Məclisdən yeni medalla bağlı qərar

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti