...

ABŞ-ın Bakıdakı səfirliyi paytaxta gələn amerikalı musiqiçələri dəstəkləyib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2017 20:09 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi 27-30 oktyabr tarixlərində Bakı Caz Festivalında iştirak etmək üçün paytaxtımıza gələn "Kennedy Administration" caz qrupunu dəstəkləyib.

Trend-in məlumatına görə, Azərbaycana səfəri müddətində ABŞ səfirliyi "Kennedy Administration" caz qrupunun tələbələr və yerli musiqiçilərlə məşğələ və musiqi sintezi görüşməsini təşkil edib.

ABŞ səfiri Robert Sekuta görüşdə iştirak edib və iştirakçılarla ünsiyyətdə olub. O qeyd edib ki, caz musiqisinin doğum yeri ABŞ olsa da, janr inkişaf edərək qlobal musiqi janrına çevrilib və dünyanın müxtəlif yerindən olan musiqiçiləri bir araya gətirir. Caz ifası və onun ətrafında olan müzakirələr multikulturalizm, inteqrasiya və özünüifadə mövzusunda dialoqu təşviq edir.

"Kennedy Administration" qrupunun Bakı Caz Festivalı çərçivəsində çıxışı bu gün saat 20:00-dan etibarən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti