...

Deputatdan tövsiyə: Həmin şəxslərin vəkil kimi fəaliyyət göstərməsinə ciddi nəzarət olunmalıdır

Cəmiyyət Materials 31 Oktyabr 2017 15:16 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur.
Deputatdan tövsiyə: Həmin şəxslərin vəkil kimi fəaliyyət göstərməsinə ciddi nəzarət olunmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

S.Novruzov bildirib ki, həmin şəxslərin vəkil kimi fəaliyyət göstərməsinə ciddi nəzarət olunmalıdır.

Deputat hesab edir ki, ali məktəbi yeni bitirmiş gənclərə üstünlük verilməlidir, nəinki həmin şəxslərə: “Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti