...

Gəncədə 4G şəbəkəsi işə salınıb

Cəmiyyət Materials 15 Noyabr 2017 12:49 (UTC +04:00)
“Bakcell” MMC mobil rabitə operatoru Gəncədə LTE şəbəkəsini işə salıb.
Gəncədə 4G şəbəkəsi işə salınıb

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bakcell” MMC mobil rabitə operatoru Gəncədə LTE şəbəkəsini (4G) işə salıb.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, LTE şəbəkəsinin işə salınması bu regionda şirkət tərəfindən təqdim edilən internet xidmətlərinin sürətinin artmasına xidmət edəcək: “Gəncədə yaşayan abunəçilər öz SIM-kartlarını, LTE dəstəkləyən SIM-kartlara pulsuz dəyişə bilərlər”.

Qeyd edək ki, LTE şəbəkəsi “Bakcell” tərəfindən 2015-ci iluin mayında işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti